Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2025 14:20
Tanınmış aktrisa Arzu Abdulovaya ağır itki üz verib. Aktrisanın anası dünyasını dəyişib.
Sonxeber.net bildirir ki, yenicag.az-a danışan aktrisa gözyaşı töküb:
"Dünyada ən əziz varlığım, gözəl anam əlimdən getdi. Əlimizdə can verdi. 7 il qabaq 31 yaşında qardaşımı, sonra atamı, indi də anamı itirdim.
Qardaşımın ölümünə dözmədi anam. İnsult keçirdi, yatağa düşdü. 5 dəfə insult vurdu, çox çalışdıq yaşasın, çünki quru nəfəsi bizim üçün bəs idi. Noyabrda halı daha da pisləşdi və beş ay oksigenə qoşulu qaldı. Amma xilas edə bilmədik.
Allah kimsəyə bala dərdi verməsin, bala dərdindən getdi anam. Oğlunun yanına getdi".