Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Veşoviçlə bağlı qərarını verdi

''Qarabağ'' Veşoviçlə bağlı qərarını verdi

Tarix: 7 Aprel 2025 16:34

"Qarabağ" yay transfer dönəmi üçün çalışmalara başlayıb.

Sonxeber.net  xəbər verir ki, klub Marko Veşoviçlə bağlı qərarını verib.

Ağdam təmsilçisi monteneqrolunun çıxışından məmnundur.

Tək mənfi nüans futbolçunun zədəyəmeyilli olmasıdır. Tez-tez zədələnən müdafiəçi cari mövsümün təxminən yarısında meydana çıxa bilməyib.

Buna baxmayaraq, klub Veşoviçi heyətində saxlamaq niyyətindədir. Müqaviləsi yayda bitən oyunçuya yeni sözləşmə təklif olunacaq.

Onun özünün də komandada qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, Marko 2021-ci ilin yayından "Qarabağ"ın şərəfini qoruyur. /"Apasport"


Etiketlər:  Qarabağ Veşoviçlə bağlı qərarını verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ