Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2025 18:40
Azərbaycan Premyer Liqasının 29-cu turunda "Şamaxı" doğma meydanda "Neftçi"ni qəbul edib.
Sonxeber.net xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 0:2.
Qonaqların ilk qolunu 42-ci dəqiqədə Ramil Şeydayev penalti ilə vurub. Matçın sonlarına yaxın - 89-cu dəqiqədə isə Filip Ozobiç fərqlənərək hesabı müəyyənləşdirib.
Bu nəticə ilə 35 xala yüksələn "Neftçi" turnir cədvəlində 6-cı pillədəki mövqeyini qoruyub. 28 xalı olan "Şamaxı" isə 8-ci sırada qərarlaşıb.