Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir ay şəkərsiz yaşasaq nə olar? - Bədəndə baş verən dəyişikliklər

Bir ay şəkərsiz yaşasaq nə olar? - Bədəndə baş verən dəyişikliklər

Tarix: 8 Aprel 2025 02:03

Son dövrlərdə şəkərsiz qidalanma vərdişi bir çox insan tərəfindən gündəlik həyatın bir hissəsinə çevrilib. Dietoloqlar şəkərin sağlamlığa təsirləri və bir ay ərzində şəkər qəbul edilmədikdə bədəndə baş verən dəyişikliklərlə bağlı mühüm məqamları bölüşüblər.

Sonxeber.net xəbər verir ki, dietoloq Rhian Stephenson-un sözlərinə görə, artıq şəkər istifadəsi immunitet sistemini zəiflədir, əhval-ruhiyyəni dəyişir, metabolik pozğunluqlara səbəb olur və iltihab yaradır. Şəkər qəbulu zamanı mədəaltı vəzi qan dövranındakı artıq qlükozanı təmizləmək üçün daha çox insulin ifraz edir. Zamanla hüceyrələr insulinə qarşı müqavimət göstərməyə başlayır və bu, bədəndə balanssızlığa səbəb olur.

Şəkərsiz bir ay: həftə-həftə təsirlər

İlk həftə bədəndə detoks prosesi başlayır. Şəkərə qarşı istək artır, baş ağrısı, yorğunluq və əhval dəyişiklikləri müşahidə olunur. Digər həftə isə yuxu keyfiyyəti yaxşılaşır, enerji artır. Dəridə canlanma və parlaqlıq müşahidə olunur. 3-cü həftə iltihab səviyyəsi azalır, oynaqlarda yüngüllük hiss edilir. Həzm sistemi daha effektiv işləməyə başlayır. 4-cü həftə - çəki azalır, xüsusilə qarın bölgəsindəki yağlar əriməyə başlayır. Əhval-ruhiyyə sabitləşir, zehni aydınlıq yaranır.

Stephenson bildirib ki, şəkər təkcə çəki artımına deyil, həm də bağırsaq mikrobiomunun pozulmasına səbəb olur. Bu, zərərli bakteriyaların artmasına və bağırsaq divarında iltihab yaranmasına gətirib çıxarır. Həzm problemləri və İBS (İrritabl Bağırsaq Sindromu) kimi xəstəliklərin riskini artırır.


Etiketlər:  şəkərsiz yaşasaq olar Bədəndə baş verən dəyişikliklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ