Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tramp buna hazırdır''

''Tramp buna hazırdır''

Tarix: 8 Aprel 2025 20:45

"Amerika prezidentinin bəyanatlarından təşvişə düşmüşəm". 

Sonxeber.net xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

O, "Mir" teleradio şirkətinə müsahibəsi zamanı ABŞ-nin tariflərinin artırılması və buna görə başlayan ticarət müharibəsi ilə bağlı vəziyyəti şərh edib: "Vladimir Vladimiroviçlə danışdıq, mən ona öz nöqteyi-nəzərimi bildirirəm və çalışıram ki, bu məsələdə onu öz tərəfimə çəkim, hələlik Trampın hərəkətləri və ABŞ-də baş verənləri müşahidə etməliyik.

Əminsiniz ki, bu, Donaldın dediyi kimi olacaq? O, artıq dünən bildirib ki, Çinlə, daha sonra başqası ilə tariflər üzrə sövdələşməyə hazırdır. Yəni, onlar geri çəkilməyə hazırdırlar. Görünür, Donald Tramp başa düşdü ki, bu, bir az qəfil oldu. Yəqin ki, əvvəlcə hesablamaq, sonra hardasa geri çəkilmək lazımdır. Axı, iqtisadiyyat baxımından Trampın qərarı məntiqsiz görünür. Digər tərəfdən, gözləmək lazımdır. Görək bundan nə çıxacaq". /"Unikal" 


Etiketlər:  Tramp buna hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ