Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2025 21:44
"Maksimal bal yığacağımı gözləyirdim, çünki imtahandan evə gəlib meyarlarla yoxladım, bütün cavablarım düzgün idi, amma 300-ü gözlədiyimi heç kəsə deməmişdim".
Sonxeber.net xəbər verir ki, bunu modern.az-a 11-cilərin buraxılış imtahanında maksimal nəticə əldə edən Bakıdakı 295 nömrəli tam orta məktəbin şagirdi Tovuz Seyidova deyib.
Onun sözlərinə görə, imtahana hazırlaşarkən ən vacib məqam davamlı olaraq oxumaqdır:
"Necə deyərlər, hər gün məqsədim dünənki məndən daha yaxşı olmaq, daha çox şey öyrənməkdir. 1-ci sinifdən 11-ci sinfə kimi bütün dərslərimə həmişə məsuliyyətli, ciddi yanaşmışam. Bu yolda mənə müəllimlərimin də çox köməyi dəyib. Kompüter sahələri ilə uşaqlıqdan maraqlanıram. İnşallah, bu sahədə özümü inkişaf etdirmək istəyirəm".
"Gələcək abituryentlərə məsləhətim çox çalışmaq, özlərini daim inkişaf elətdirmək, düzgün hədəf seçməklə bağlıdır. Uğurun sirr budur. Hədəfiniz varsa, onun uğrunda çalışırsınızsa, mütləq qarşılığını alacaqsınız"- T.Seyidova əlavə edib.