Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bilet ucuz olsun deyə 8-10 saat hava limanında...'' - VİDEO

''Bilet ucuz olsun deyə 8-10 saat hava limanında...'' - VİDEO

Tarix: 10 Aprel 2025 23:25

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı efirdə kövrəlib.

Sonxeber.net bildirir ki, o, "Günə bax" verilişində qonaq olarkən göz yaşlarını saxlaya bilməyib. 

Aparıcı Musa Yaqubun şeiri səsləndikdən sonra onu xatırlayıb kövrəldiyini deyib:

"Həmin şeiri səsləndirəndə Musa müəllimin gözündən yaş axıtmışdı. Mənə dedi ki, xahiş edirəm ağladığım hissəni kəsərsiz, yoxsa daha verilişinə gəlməyəcəm. Həmçinin "Səni axtarıram"da yaşadığım çətinliklər yadıma düşdü. Pandemiya dövründə ayıldım ki, uşaqların 4 yaşı var. O gündən gərgin iş qrafikinə baxmayaraq uşaqlarla vaxt keçirməyə çalışıram. Evə tez gedirəm ki, onlarla vaxt keçirim, ya da səhər məktəbə mən aparıram, həftə sonu harada olsam da, tez gedirəm ki, uşaqlarımla vaxt keçirim. Bu çətinlikləri yadıma saldım. Təyyarələrdə bileti ucuz olsun deyə bir şəhərdən digərinə getmək üçün 8-10 saat hava limanında yatıb qalmağım, gözləməyim yadıma düşdü. Rusiyanın bütün şəhərlərində hava limanları Moskvadakı kimi deyil. Balaca şəhərlərə gedirsən, hava limanları soyuq, stullar dəmir olur. Zəhmətsiz uğur yoxdur. Habil müəllimin gözəl sözü var idi, deyirdi ki, Xoşqədəm, Allah sənə ya gözəl lütf verib getməliydin, ya da bəla verib. Habil müəllim bizim efirə gəlirdi, deyirdi ki, gedəndən sonra özünə gələ bilmir. Deyirdi ki, fikirləşirəm ki, ya bu, Allahın bu qıza lütfüdür ki, kiminsə həyatına toxunur, ya da cəzasıdır. On beş ildir. İndi ailələr 1-2 ay sonra ayrılır, amma mən "Səni axtarıram"dan ayrılmamışam. Öz efirimdə bəzi məqamlarda tamaşaçının nəyisə bilməyini istəmirəm, burada səmimi etiraf edirəm, həm cəzadır, həm lütf. Lütfdür ki, tamaşaçı sevgisi var. Cəza odur ki, insanların dərdini çox dinlədim, baxdım ki, ömrümdən neçə il keçib yaşlanmışam. Fikirləşirəm ki, kaş 30 yaşım olardı, fərqli şeylər seçərdim. Elə olub ki, kömək etmək istəmişəm, sonra o insanların nankorluğu, qədirbilməzliyi məni çox sıxıb. Mənə kimsə zərrə qədər yaxşılıq edəndə Allaha şükür edirəm, az qalıram həmin insanın qarşısında qul olam ki, filan vaxt yaxşılıq edib. İndiki insanların çoxu, xüsusilə də gənclər bunu dərk etmir. Əgər biri dəstək olursa, əlinizdən tutursa, unutmayın. Siz unutmasanız, gələcəkdə sizin də etdiklərinizi unutmayacaqlar. Məni gənclər televiziyadan tanıyır, amma qəzetçilikdəın gəlmişəm 36 ildir mediadayam. Zəhmət olmasa, əmək sərf etməsəniz, uğur yoxdur. Ola bilər ki, kimlər yardım etsin, müvəqqəti kiminsə yolunu bağlayıb, sizi irəli çəksin. Amma istedad, zəhmçət işgüzarlıq yoxdursa, bu, müvəqqətidir". (olay)


Etiketlər:  Bilet ucuz olsun deyə saat hava limanında VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ