Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov 14 hücumçudan 2-sini seçəcək

Qurban Qurbanov 14 hücumçudan 2-sini seçəcək

Tarix: 14 Aprel 2025 18:44

Heyətində köklü dəyişiklik etməyi planlaşdıran "Qarabağ" klubun baş məşqçisi Qurban Qurbanova hücum xətti üçün 14 futbolçu təklif edilib.

Sonxeber.net "Sportinfo"ya istinadən xəbər verir ki, bir çox menecerlər tərəfindən adları təqdim edilmiş ön xətt oyunçularının siyahısının daha da genişlənməsi gözlənilir.

Burada Türkiyə, İspaniya, Niderland, Polşa, Belçika, Braziliya, Argentina, Fransa kimi Avropa və dünyanın bir sıra ölkələrinin çempionatında çıxış edən forvardlar yer alır.

Artıq onlardan 3-4 nəfərlə təmas qurulub. Qurban Qurbanov irəli zonaya ən azı iki transfer düşünür.

Baş məşqçinin niyyəti onlardan birini hücumun sivri ucunda, digərini isə onun arxasında oynatmaqdır.

"Köhlən atlar" yanvarda Olavio Juninyonu 5 milyon avro təzminat qarşılığında "Flamenqo"ya satıblar. İyunda isə Redon Cica ilə yolların ayrılması gözlənilir.


Etiketlər:  Qurban Qurbanov hücumçudan sini seçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ