Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2025 19:44
ABŞ dolları onilliklər ərzində əsas təhlükəsiz sığınacaq aktivi olub, lakin Prezident Donald Trampın xaotik siyasəti və onun bütün dünya ilə ticarət müharibəsinə başlaması avronun bu rolda ABŞ valyutasını sıxışdırmağa başlamasına gətirib çıxarıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Qeyd olunur ki, ABŞ dövlət istiqrazları üzrə gəlirliliyin artması və dolların ucuzlaşması fonunda investorlar pullarını avroya köçürməyə başlayıblar.
Analitiklərin proqnozlarına görə, bu fonda Avropa valyutası 2021-ci ilin ortalarından bəri ən yüksək səviyyə olan 1.2 dollara qədər bahalaşa bilər, baxmayaraq ki, belə artım hələlik əksər baza proqnozlarına daxil edilməyib. /Oxu.Az