Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yalı Çapkını''nın ulduzu makiyajsız FOTOsu ilə diqqət çəkdi

''Yalı Çapkını''nın ulduzu makiyajsız FOTOsu ilə diqqət çəkdi

Tarix: 19 Aprel 2025 17:30

Qısa müddət əvvəl ekranlara vida edən "Yalı Çapkını" serialının Seyranı - məşhur aktrisa Afra Saraçoğlu sosial mediada paylaşdığı görüntülərlə yenidən gündəmə gəlib.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Star TV-də yayımlanan və sevilən "Yalı Çapkını" serialı 101-ci bölümü ilə final edib. Serialda üç mövsüm boyunca Seyran obrazına həyat verən Saraçoğlu həm aktyorluq performansı, sosial media paylaşımları və şəxsi həyatı ilə böyük maraq doğurub.

Son paylaşımında Afra Saraçoğlu təbii halı ilə kamera qarşısına keçib. Paylaşımında "jetlaq" olduğunu qeyd edən aktrisanın makiyajsız görünüşü izləyicilər tərəfindən bəyənilib və sosial şəbəkələrdə geniş maraqla qarşılanıb.

Qeyd edək ki, Afra Saraçoğlu daha əvvəl "Balenciaga"nın xüsusi qonağı olaraq Paris Moda Həftəsində iştirak etmişdi. Son olaraq isə o, YSL Beauty-nin xüsusi dəvəti ilə Mayamidə təşkil olunan tədbirdə yer alıb.

Hüseyn


Etiketlər:  Yalı Çapkınının ulduzu makiyajsız FOTOsu ilə diqqət çəkdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ