Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkardinin bu paylaşımı ''Fənərbağça''lıları özündən çıxardı - FOTOlar

İkardinin bu paylaşımı ''Fənərbağça''lıları özündən çıxardı - FOTOlar

Tarix: 21 Aprel 2025 09:58

Türkiyə Super Liqasının 32-ci həftəsində "Fənərbağça" 90+4-də yediyi qolla "Kayserispor" ilə 3:3 hesablı bərabərliyə razılaşıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu nəticə ilə klubun çempionluq yolunda rəqibi "Qalatasaray"la arasındakı xal fərqi 5-ə yüksəlib.

Sözügedən oyundan sonra "Qalatasaray"ın ulduzu Mauro İkardi ard-arda sosial media hesabında paylaşımları ilə diqqət çəkib.

O, keçən mövsüm "Ali Koç" yazılı "Qalatasaray" formasını geyinərək poz verdiyi fotonu paylaşıb. Bu foto qalatasaraylıar tərəfindən böyük maraqla qarşılansa da,  "Fənərbağça" azarkeşlərini özündən çıxarıb.

Sonxeber.net həmin paylaşımı təqdim edir:

Tural


Etiketlər:  İkardinin paylaşımı Fənərbağçalıları özündən çıxardı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ