Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2025 20:55
Əməkdar artist Elza Seyidcahan müğənni İntiqam Kərimovu tənqid edib.
Sonxeber.net xəbər verir ki, "Afaqla 10lar" verilişinə gələn sənətçiyə Vəfa Şərifovanın mahnısı səsləndirilib və kim olduğu soruşulub. O bildirib ki, bu cür ifalara qarşıdır:
"Tanımadım, belə mahnıları dinləmirəm. Belə ritmlər... Demişəm ki, mənə hörmətiniz varsa, yanımda belə mahnılar səsləndirməyin. İstəyirsinizsə kobudlaşım, özümdən çıxım belə mahnı qoyun".
Vəfanın İntiqam Kərimovun tələbəsi olduğunu eşidən Elza "Klarnet ifaçısına (Hüseyn Məhəmmədoğlunu nəzərdə tutur - red.), sənətkarın övladına "kakoy nibut tütəkçalan" deyəni tanımıram. Elə adamı tanıya bilmərəm. Tanımışamsa da, tanımamış olum" sözlərini əlavə edib.
Qeyd edək ki, İ. Kərimov "Dilbərim" ariyasını oxuyan Vəfa haqda "Heç bir opera müğənnisi bunu belə təmiz oxumur" sözlərini deyib. Bu isə bir çox sənət adamını, eləcə də klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunu özündən çıxardıb. İ.Kərimov isə Hüseynin tənqidinə "kakoy nibut tütəkçalan" deyib. (Axşam.az)