Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çalhanoğlu və məşqçisi cəzalandırıldı

Çalhanoğlu və məşqçisi cəzalandırıldı

Tarix: 2 May 2025 09:38

Türkiyə yığmasının və İtaliyanın "İnter" komandasının ulduzu Hakan Çalhanoğlu və "İnter"in baş məşqçisi Simone İnzaqi cəzalandırılıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar mafiya ilə bağlantılı azarkeş qrupları işi üzrə istintaq çərçivəsində verilib.

Futbolçu prokurorluqla razılığa gəlib və bir oyunluq diskvalifikasiya qərarını qəbul edib.

Hakan həmçinin, 30 min avro ödəyəcək.

Bildirək ki, Çalhanoğlunun adı "İnter" və "Milan" klublarının azarkeş qruplarının xüsusilə İtaliyanın "Ndrangeta" mafiyası ilə bağlantılı olduğu iddialarını araşdıran istintaqda hallanıb.

Futbolçu "İnter"in ultras qrupunun lideri Marko Ferdiko və öldürülən Antonio Belokko ilə təmaslarına görə ifadə vermişdi.

Hakan o insanlarla görüşdüyünü etiraf edərək, səbəbini 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ fəlakətinə dəstək olaraq açılan pankarta görə təşəkkür etmək olduğunu açıqlamışdı.

Hüseyn


Etiketlər:  Çalhanoğlu məşqçisi cəzalandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ