Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb

Nazirlik iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb

Tarix: 11 Dekabr 2019 11:00

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini T.Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurub.

Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazirlik məktəblinin ölümü ilə bağlı məlumat yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ