Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2025 08:10
Əməkdar artist Nüşabə Ələsgərli efirdə kövrəlib.
Sonxeber.net xəbər verir ki, Nüşabə bir ara sənətdən getmək istədiyini deyib:
"Anamla bacımı itirdikdən sonra oxumağı tərk etmək istəyirdim. Elə bil qol-qanadım qırılmışdı. İnsanın ruhunun incidiyi, küsdüyü an olur, sevdiklərini itirdikdən sonra qol-qanadının sındığı an olur. Onu yenidən bərpa etmək zaman alır. Özümə qapanmışdım, depressiyaya düşmüşdüm. Oğlum qayıtdı ki, sən ananı çox istəyirsən? Dondum, qaldım. Sonra qayıtdı ki, mən də anamı çox istəyirəm. İndi çox xoşbəxtəm". (Bizim.Media)