Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi

“Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi

Tarix: 11 May 2025 23:00

22:58

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulub.

Sonxeber.net xəbər verir ki, turun son matçı "Qarabağ"la "Araz-Naxçıvan" arasında keçirilib.

Ağdam təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Daha öncə "Sabah" "Şamaxı"ya 3:1, "Kəpəz" "Sumqayıt"a 1:0 hesabıyla qalib gəlibsə, "Səbail" "Zirə"yə (0:1), "Turan Tovuz" "Neftçi"yə (1:2) uduzub.

Azərbaycan Premyer Liqası
34-cü tur
11 may

"Qarabağ" - "Araz-Naxçıvan" 2:0
Qollar: Musa Qurbanlı, 35. Aleksey Kaşuk, 59.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabbarov.
"Azərsun Arena", 20:00.

------------
19:34

Misli Premyer Liqasının 34-cü turunda bu gün keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" matçı üçün heyətlər açıqlanıb.

Sonxeber.net xəbər verir ki, komandalar saat 20:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Qarabağ": 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 11. Emmanuel Addai

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov, 6. Vadim Abdullayev (k), 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias


Etiketlər:  Qarabağ Araz Naxçıvanı məğlub etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ