Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kəpəz'' ''Sumqayıt''ı məğlub etdi

''Kəpəz'' ''Sumqayıt''ı məğlub etdi

Tarix: 11 May 2025 20:14

Misli Premyer Liqasının XXXIV turunda daha bir oyun keçirilib.

Sonxeber.net-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 11-ci dəqiqədə Rauf Hüseynli penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Kəpəz" səkkizinci pilləyə yüksəlib. "Sumqayıt" 30 xalla 9-cudur.

Günün ikinci görüşündə, saat 20:00-da "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.


Etiketlər:  Kəpəz Sumqayıtı məğlub etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ