Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2025 13:38
"Bayer 04" klubunun baş məşqçisi Xabi Alonsonun "Real Madrid"lə imzalayacağı müqavilənin tarixi bəlli olub.
Sonxeber.net İspaniya mətbuatına istinadən xəbər verir ki, Almaniya çempionu olan 43 yaşlı mütəxəssis iyunun 1-də imza atacaq rəsmi olaraq yeni klubunun baş məşqçisi olacaq.
Alonso iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək klublararası dünya çempionatında "Kral klubu"nun sükanı arxasında olacaq.
Xatırladaq ki mayın 9-da "Bayer 04" rəsmiləri Xabinin mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.
Tural