Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2025 19:55
Sovet və Rusiya aktrisası Nina Qrebeşkova 95 yaşında vəfat edib.
Sonxeber.net xəbər verir ki, Nina Qrebeşkova məşhur rejissor Leonid Qaydayın həyat yoldaşı olub.
"Brilyant əl", "Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları", "12 stul", "Ola bilməz", "Sportloto-82" və digər filmlərdəki rolları Nina Qrebeşkovaya şöhrət qazandırıb.