Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramaldan danışıb ağladı - VİDEO

Ramaldan danışıb ağladı - VİDEO

Tarix: 13 May 2025 22:10

Xalq artisti Mələkxanım Eyubova qardaşı oğlu, müğənni Ramal İsrafilovdan danışarkən kövrəlib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ramala olan həssaslığından danışıb. 

"Ramalı o qədər çox istəyirəm ki... O, tənbəl deyil, elə desək, haqsızlıq olar. Tənbəl olsaydı, o boyda əsərlər yaratmazdı. Sadəcə hər efirə getmir, görünmür. İzzət Bağırovun verilişinə getməmişdən öncə Ramalla danışdım, dedi, gəlib götürəcəklər, istəyirsən səni də götürüm?

Dedim, yox, amma özü gecikdi efirə. Düşünürdülər ki, ona hirslənəcəyəm. Ramal gəldi, üzündə şeytan tükü var, qucaqladım, kövrəldim (ağlayır - red.). Qardaşım rəhmətə gedəndən sonra düşünürəm ki, onlarla daha da yaxın olmalıyam. Yadıma qardaşım düşdü, dedim qardaşımın yadigarlarıdır. Onları çox sevirəm. Bacı, qardaşıma verə bilmədiyim sevgini balalarında tapıram", - Xalq artisti qeyd edib.


Etiketlər:  Ramaldan danışıb ağladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ