Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2025 13:26
Türkiyəli müdafiəçi Samet Akaydın Yunanıstanın "Panatinaikos" klubunda oynadığı vaxt başına gələn hadisədən danışıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, açıqlamasında sosial şəbəkə hesabında etdiyi Atatürk paylaşımının komandadan ayrılmasına səbəb olduğunu deyib.
"Mayın 19-da paylaşımı etdiyim günün axşamı "Olimpiakos"la oyunumuz var idi. İdman direktoru paylaşımımı silməyimi istədi. Bunun milli bayramımız olduğunu söyləyərək etiraz etdim. Məni həmin matçın heyətindən çıxardılar. Dedilər ki, böyük etiraz olacaq, səni heyətə qata, stadionda qoruya bilmərik. Oyunun sonunadək paltardəyişmə otağında qalmağımı istədilər. Əsəbiləşdim. Sonra birbaşa Yunanıstanı tərk etdim", - deyə o bildirib.
Qeyd edək ki, "Fənərbağça"nın keçmiş futbolçusu Samet Akaydın hazırda "Rizespor"da çıxış edir. O, 2023-2024-cü illərdə "Panatinaikos"da icarə əsasında çıxış edib.
Hüseyn