Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2025 23:44
Ulduz forvard Yusuf En-Nesiri "Fənərbağça"dan ayrılacaq.
Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mərakeşli hücumçu komandadakı mövqeyindən narazıdır.
28 yaşlı hücumçu ilə İngiltərə və Səudiyyə Ərəbistanının klubları maraqlanır.
En-Nesiri bu mövsüm "sarı-lacivərd" forma ilə Super Liqada 34 oyunda 20 qol vurub.
Qeyd edək ki, "Fənərbağça" daha əvvəl Edin Ceko və Duşan Tadiçlə də yollarını ayırıb.