Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2025 17:35
Müğənni Mətanət Əsədova açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, o, verilişlərdə Xalq artisti Aygün Kazımovanın adının hallandırılmasını qınayıb.
Əsədova günahı aparıcılarda görüb:
"Aparıcı olsaydım, Aygün Kazımovanın adı çəkilən yerdə həmin adamı verilişdən atardım çölə. Qədəmlərini dünən qoyan birini Aygün Kazımova ilə müqayisə edirlər. Bu insan sənət fədayisidir. Azərbaycanda onun atdığı addımı heç kim atmayıb. Bu qız brenddir. Onun adını heç kim hallandırmasın. Həyatını sənətə qurban edib. Estradanın danılmaz, unudulmayan, canlı əfsanəsidir. Kül qabınbda olanı gül qabına niyə qoyursunuz? Tütündür, görürsən tərpətdikcə iyi gəlir. Niyə gül qabına qoyub iyini yayırsan? Aparıcılıq hissiyatı olmayan, müğənni ilə musiqiçinin yerini səhv salan, savadsız aparıcı onu gətirib bura qaldırırsa, müğənni nə etsin?".