Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2025 19:15
Həkimlər məşhur britaniyalı müğənni və bəstəkar Cessi Ceyə süd vəzi xərçəngi diaqnozu qoyublar.
Sonxeber.net xəbər verir ki, sənətçi diaqnozla bağlı öz "Instagram" səhifəsində məlumat paylaşıb.
37 yaşlı müğənni şişin erkən mərhələdə aşkar edildiyini və bu səbəbdən səhhətinin iyunun 15-də Londonda keçiriləcək festivalda çıxışına mane olmayacağını qeyd edib.
Cessi Cey festivaldan sonra əməliyyat olunacağını və zamanını sağlamlığını bərpa etməyə sərf edəcəyini açıqlayıb.