Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2025 18:22
Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun futbolçusu Kristiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib.
Bu barədə portuqaliyalı hücumçunun özü açıqlama verib.
"Gələcəyim? Heç nə dəyişməyəcək. "Əl-Nəsr"də qalacağam", - deyə 40 yaşlı ulduz futbolçu söyləyib.
Qeyd edək ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi iyunun 30-da bitir. Ronaldo bu klubla meydana çıxdığı 111 oyunda 99 qola imza atıb. /Axar.az