Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 14:04
“Bəlkə də, oyunun əhəməmiyyəti böyük olmaya bilər. Çünki qrupdan çıxmaq baxımından heç bir rol oynamır. Ancaq biz hər matça olduğu kimi, sabahkı görüşə də qələbə istəyi ilə çıxacağıq”.
Qol.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq "Düdelanj"ı ilə qarşılaşmadan öncə mətbuat konfransında deyib.
O deyib ki, komandanın qrupda çıxmaq şansı olmasa da, matça ciddi hazırlaşıblar.
Medvedev görüşə azarkeş marağının az olacağını düşünür: “Bizim işimiz futbol oynamaqdır. Azarkeşlər üçün isə şou kimi olur. İstərdim ki, hər oyunda tribunalar dolu olsun. Bu bizə əlavə qüvvə verir. Bəzi azarkeşlər oyuna gəlməyəcək. Amma əsl azarkeşlər komandaya dəstək verməlidilər. Mən sevimli komandama belə azarkeşlik etsəydim, oyunlarına gedərdim”.