Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2025 17:17
Ötən mövsüm "Qalatasaray"da icarə əsasında oynamış "Napoli"nin hücumçusu Viktor Osimhenə "Liverpul" "elçi düşüb".
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı nigeriyalının transferində əsas maneə onun maaş tələbləridir. (həftədə təxminən 468000 avro)
Bundan əlavə, "Qalatasaray" da Osimhenin transferində israrlıdır. Ancaq hücumçu Avropanın nüfuzlu klubuna keçməsi üçün maaşında güzəştə gedə bilər.
Qeyd edəki ki, Viktor Osimhen ötən mövsüm bütün turnirlərdə 41 oyunda, 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt"ə görə, oyunçunun dəyəri 70 milyon avrodur.
Hüseyn