Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideynlərin NƏZƏRİNƏ: İyunun 21-dən...

Valideynlərin NƏZƏRİNƏ: İyunun 21-dən...

Tarix: 14 Iyun 2025 11:14

İyunun 21-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək: "Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.

Proses eyni qaydada sentyabrın 12-dək davam edəcək.

Məktəbə hazırlıq qruplarının təşkili uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir".


Etiketlər:  Valideynlərin NƏZƏRİNƏ İyunun dən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ