Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2025 21:40
Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.
Sonxeber.net xəbər verir ki, bu haqda teleqraf.az-a Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva məlumat verib.
Onun sözlərinə görə, Arif Babayevin səhhəti yaxşı deyil:
"Təxminən bir ay müddətində "Bilgəh" Kardioloji Sanatoriyasında müalicə alıb. Hazırda evdə həkim nəzarəti altında müalicəsi davam etdirilir".
Qeyd edək ki, Arif Babayev bir müddət əvvəl Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilmişdi.