Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyadadır - YENİLƏNİB - FOTO

Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyadadır - YENİLƏNİB - FOTO

Tarix: 21 Iyun 2025 10:30

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Aktyorun bacısı Dilarə Əliyeva APA-ya bildirib ki, qardaşı əməliyyat olunub, ona anevrizma diaqnozu qoyulub.

"Əməliyyatdan sonrakı dönəm də çox önəmlidir. Hazırda reanimasiyadadır", - Dilarə Əliyeva qeyd edib.

Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.

-------

19 iyun 23:59

Aktyor Vüsal Murtuzəliyevin səhhətində problem yaranıb.

Bu barədə manset.az məlumat yayıb.  Sənətçinin vəziyyətinin ağır olduğu bildirilsə də, aktyorun bacısı, Əməkdar artist Dilarə Əliyeva bunu təkzib edib.

O, olay-a raçıqlamasında Vüsalın vəziyyətinin yaxşı olduğunu bildirib:

"Narahat olanlara deyirəm ki, narahatlığa əsas yoxdur. Yüksək təzyiqdən yüngül qansızma olmuşdu. İndi vəziyyəti yaxşıdır. Çox sağ olsun həkimlərimiz. Hər şey qaydasındadır. Sağalmağa doğru gedir".

---------
23:19


Tanınmış aktyor Vüsal Murtuzəliyevin səhhətində ciddi problem yaranıb.

Sonxeber.net Manset.az-a istinadən xəbər verir ki, bir neçə saat əvvəl aktyorun beyninə qan sızıb. O, təcili olaraq xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.

 


Etiketlər:  Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyadadır YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ