Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Liverpul”un 150 milyon avroluq transferi

“Liverpul”un 150 milyon avroluq transferi

Tarix: 21 Iyun 2025 00:42

"Liverpul" Leverkuzen "Bayer"inin yarımmüdafiəçisi Florian Virtzin transferini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

22 yaşlı almaniyalı futbolçu şəxsi şərtlərdə razılıq əldə etdikdən və tibbi müayinədən uğurla keçdikdən sonra İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, "Liverpul" bu transfer üçün "Bayer"ə 150 milyon avro ödəyib. Virtzin yeni müqaviləsinin 2030-cu ilə qədər qüvvədə olacağı bildirilib.

Qeyd edək ki, Florian Virtz geridə qalan mövsümdə 45 oyuna çıxaraq 16 qol və 15 qolun ötürməsi ilə yadda qalıb. 

 


Etiketlər:  Liverpulun milyon avroluq transferi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ