Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazim Sadıxov: ''Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir''

Nazim Sadıxov: ''Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir''

Tarix: 22 Iyun 2025 00:14

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qələbə qazanan Nazim Sadıxov təəssüratlarını bölüşüb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, o, qalib gəldiyi görüşdən sonra açıqlama verib.

N.Sadıxov Azərbaycanda onu məğlub etməyin çox çətin olduğunu deyib:

"Azərbaycandayıq. Əgər məni kimsə burada məğlub etmək istəyirsə, tapança ilə gəlməlidir. Burada ancaq qələbə qazanmalıydım. Rəqibim də kifayət qədər güclü idi. Məni məğlub edə bilmədi. Çünki biz Azərbaycandayıq. Ölkəm üçün canımı verərəm. Mənim ürəyim bu Azərbaycanla döyünür".

Qeyd edək ki, Nazim Sadıxov braziliyalı Nikolas Mottanı məğlub edib.


Etiketlər:  Nazim Sadıxov Azərbaycanda məni məğlub etmək istəyən tapança ilə gəlməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ