Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tofiq Musayev UFC-də məğlub oldu

Tofiq Musayev UFC-də məğlub oldu

Tarix: 22 Iyun 2025 00:32

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə üz-üzə gəlib.

Yüngül çəkidəki qarşılaşma Musayevin məğlubiyyəti ilə bitib. O, ilk raundda rəqibinə təslim olub.

"UFC Fight Night"ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq. Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib.


Etiketlər:  Tofiq Musayev məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ