Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Juniorla bağlı qərar verdi

''Real'' Juniorla bağlı qərar verdi

Tarix: 22 Iyun 2025 11:26

İspaniyanın nəhəng futbol klubu "Real Madrid" braziliyalı vinger Vinisius Juniorla müqavilə müddətini rəsmi olaraq uzadıb.

Sonxeber.net xəbər verir ki, "Marca" nəşrinin yaydığı məlumata görə, Madrid təmsilçisi yeni müqavilə barədə məlumatı klublararası dünya çempionatından sonra rəsmən ictimaiyyətə təqdim edəcək.

Futbolçunun klubla yeni sözləşməsi 2030-cu ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, "Transfermarkt" portalının məlumatına əsasən, Vinisius Juniorun hazırkı bazar dəyəri 170 milyon avro təşkil edir. Gənc ulduz "Real"ın əsas oyunçularından biri hesab olunur və son mövsümlərdə komandanın hücum xəttində vacib fiqura çevrilib.


Etiketlər:  Real Juniorla bağlı qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ