Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nihalın ölümündən sonra çəkilən VİDEO tənqid olundu - Gülə-gülə halva qovurdular...

Nihalın ölümündən sonra çəkilən VİDEO tənqid olundu - Gülə-gülə halva qovurdular...

Tarix: 23 Iyun 2025 13:10

Yaxın günlərdə həyatını itirən sosial media fenomeni Nihal Candanın ölümündən sonra bacısı Bahar Candan və müğənni Dilan Polatın birlikdə halva qovurduqları görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.

Sonxeber.net xəbər verir ki, paylaşılan videoda hər iki şəxs şən musiqi fonunda gülərək halva qovurur, bu anları isə öz rəsmi hesablarında izləyicilərlə bölüşüblər. Görüntülər qısa müddətdə sosial platformalarda yayılaraq ictimai qınağa tuş gəlib.

İstifadəçilərin bir çoxu Nihal Candanın cəmi bir neçə gün əvvəl vəfat etdiyini xatırladaraq, belə bir videonun bu qədər tez paylaşılmasını hörmətsizlik kimi qiymətləndiriblər.

Qeyd edək ki, 2 gün öncə vəfat edən 30 yaşlı Candan uzun müddət anoreksiya nervoza xəstəliyi ilə mübarizə aparırdı.


Etiketlər:  Nihalın ölümündən sonra çəkilən VİDEO tənqid olundu Gülə gülə halva qovurdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ