Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2025 14:48
İstanbul nəhəngi "Fənərbağça" Jadon Sançonu transfer etməyə hazırlaşır.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq ulduz futbolçu ilə razılığa gəlindiyi bildirilir.
25 yaşlı ingiltərəli illik 10 milyon avro maaş alacaq.
Yaxın zamanda "Bül-büllər" "Qırmızı şeytanlar"la danışıqlar masasına oturacaq.
Qeyd edək ki, Jadon Sanço son mövsümü futbolçu icarə əsasında London təmsilçisi "Çelsi"də keçirib. O daha əvvəl "Borrusiya Dortmund"dakı çıxışı ilə ulduzu parlamışdı.
Tural