Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2025 20:40
Alvaro Morata "Qalatasaray" klubundan ayrılacaq.
Sonxeber.net xəbər verir ki, ispan hücumçu 2025-26 mövsümündə İtaliya A Seriyasında mübarizə aparacaq "Komo" klubu ilə anlaşıb. O, "Komo"nun gələcək planlarını bəyənib və karyerasını bu klubda davam etdirəcək.
"Milan" və "Qalatasaray" klubları arasında futbolçunun gedişi ilə bağlı danışıqlar davam edir. "Komo" rəhbərliyi Türkiyə və İtaliya klublarının anlaşmasını gözləyir.
Qeyd edək ki, "Cim-Bom" 32 yaşlı hücumçunun 2024-cü ilin fevral ayında 1 illik icarə əsasında heyətinə qatıb. Onun klubla sözləşməsinin müddəti 2026-cı ilin yanvarında başa çatacaq.