Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2025 00:12
"Qızıl top" mükafatının beşqat sahibi, Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldunun növbəti mövsümə hansı klubda başlayacağı müəyyənləşib.
Sonxeber.net xəbər verir ki, 40 yaşlı ulduz Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında qalmağı qətiləşdirib.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Hazırda sənədlər yoxlanılır və müqaviləyə hazırlanılır.
Ronaldu iyunun 30-da başa çatacaq razılaşmanın müddətini 1 illiyə uzadacaq.
Müqavilədə ehtiyac olacağı təqdirdə, əməkdaşlığın 2027-ci ilədək uzadılması barədə maddə olacaq.
Bu gün "Əl-Nəsr"in baş məşqçisi Stefano Pioli istefaya göndərilib. Yayılan məlumatlara görə, yeni müqavilədə Ronaldunun kluba cəlb olunacaq futbolçularla bağlı qərar çıxarmaq səlahiyyətinə malik olacağı bildirilir.
Qeyd edək ki, Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də forma geyinir. Onun yeni mövsümə Avropada başlayacağı barədə uzun müddət idi söz-söhbətlər gəzirdi.