Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' darmadağın oldu, ''Real'' böyük hesabla qazandı

''Yuventus'' darmadağın oldu, ''Real'' böyük hesabla qazandı

Tarix: 27 Iyun 2025 09:50

ABŞ-də keçirilən klublararası dünya çempionatı (KDÇ) davam edir.

Sonxeber.net  xəbər verir ki, G qrupunda "Mançester Siti" və "Yuventus" komandaları üz-üzə gəliblər.

Qarşılaşma italyan klubu üçün "kabus" olub. "Şəhərlilər" 5:2 hesablı qələbəsi ilə qalib gəliblər.

Qrupun digər matçında isə xalsız komandalar "Vidad Kasablanka" (Mərakeş) ilə "Əl-Əyn" (BƏƏ) qarşılaşıb. Matç BƏƏ komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Salzburg" "Real Madrid" oyunu isə çətin hava şəraitində baş tutub.

Güclü yağış altında oynanan matçda 40-cı dəqiqədə hesab açılıb. Vinisius Junior ilk qolu vurub. Daha sonra Federiko Valverde və Qonsalo Qarsiya növbəti qolların müəllifləri olublar.

Hüseyn


Etiketlər:  Yuventus darmadağın oldu Real böyük hesabla qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ