Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaqif Hacımətov vəfat etdi

Vaqif Hacımətov vəfat etdi

Tarix: 27 Iyun 2025 15:56

Azərbaycan basketbolu ağır itki ilə üzləşib.

Sonxeber.net xəbər verir ki, uzun illər Rusiyanın Stavropol şəhərində yaşayan, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov vəfat edib.

O, 62 yaşında, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

V.Hacımətov 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb. O, SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış edib. Daha sonra Rusiya çempionatında "Dinamo" (Stavropol) klubunun uğurları üçün mübarizə aparıb.

Peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olub. /report


Etiketlər:  Vaqif Hacımətov vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ