Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyninə qan sızan aktyordan XƏBƏR VAR - yenilənib

Beyninə qan sızan aktyordan XƏBƏR VAR - yenilənib

Tarix: 27 Iyun 2025 19:30

19:29

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti yaxşılaşıb.

Bu barədə Oxu.Az-a onun özü açıqlamasında bildirib.

"Çox şükür, bu dəfə hər şey yaxşı qurtardı. Artıq səhhətim normallaşır. Hələ ki müalicələrim davam edir, ümid edirəm ki, hər şey daha yaxşı olacaq".

Xatırladaq ki, iyunun 19-u saat 14:40-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin başağrıları, başgicəllənmə səbəbi ilə müraciət edən Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib. Vəziyyəti stabil olandan sonra isə ailə üzvlərinin istəyi ilə V.Murtuzəliyev Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

-----------
17:44


Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.

Bu barədə "Report"a aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:

"Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq", - o əlavə edib.

Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.


Etiketlər:  Beyninə sızan aktyordan XƏBƏR yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ