Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 20:28
"Düşünmürəm ki, ölkələr arasındakı saat fərqi oyunumuza təsir etsin. Bunu nəzərə almışıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Düdelanj"ın qapıçısı Conatan Juber Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, yuxu ilə bağlı problemlərinin olduğunu bildirib: "Sabah" "Qarabağ"la oyunda bunun öhdəsindən gələcəyik".
Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:55-də start götürəcək.