Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 04:44
Bakı. Trend:
ABŞ Senat Kongresinin xarici işlər üzrə komitəsi, Avropanın enerji təhlükəsizliyinin təminatı və Rusiyanın rolunun azaldılması məqsədi ilə enerji təchizatı mənbələrinin diversifikasiyası üçün 1 milyard $ ayrılmasına dair qanun layihəsinə razılıq verib. Qanun tam tərkibli Senatın müzakirəsinə təqdim ediləcək.
Trend-in məlumatına görə, bu barədə komitə sədrinin ictimaiyi və mətbuat əlaqələri üzrə direktoru Süzana Ress deyib.
.Qanun layihəsi həmçinin ABŞ-ın Ticarət və İnkişaf Agentliyinə Avropa ölkələrinə kömək və bu məsələlərlə məşğul olmaq üçün əlavə heyət cəlb etmək üçün 5 milyon dollar ayrılmasınıda nəzərdə tutur. Oxşar qanun layihəsi artıq Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin