Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Temu yayılan iddialara ayınlıq gətirdi - AÇIQLAMA - YENİLƏNİB

Temu yayılan iddialara ayınlıq gətirdi - AÇIQLAMA - YENİLƏNİB

Tarix: 8 Iyul 2025 16:28

Yayılan iddialarla bağlı "Temu" açıqlama verib.

Şirkətdən Sonxeber.net-ın sorğusuna cavab olaraq bildirilib ki, hər bir müştərinin problemini həll etmək üçün "Temu" BBB ("Better Business Bureau") ilə yaxından əməkdaşlıq edir və gözləntiləri qarşılamayan yaxud yalnış çatdırılan məhsullara görə ödənişlərin geri qaytarılması üçün 90 günlük Alıcı Müdafiəsi Proqramı tətbiq edir.

"Biz bazar standartlarına uyğun ciddi nəzarət prosesi vasitəsilə məhsulun keyfiyyətinə üstünlük veririk.

Nebraska Baş Prokurorunun iddiası əsassızdır və onlayn mənbələrə əsaslanan, o cümlədən əldən-ələ (vasitəli) satışla məşğul olan onlayn satıcıların dezinformasiyasına əsaslanır. "Temu"nun data təcrübələri şəffafdır və xidmətlərimizi təmin etmək, və təkmilləşdirmək üçün yalnız lazım olan ən minimal məlumatları toplayırıq".

XXX
06.07.2025

Çinin populyar onlayn alış-veriş platforması olan Temu son aylar artan sayda dələduzluq və fırıldaqçılıq halları ilə gündəmə gəlib. ABŞ və Kanadada bir neçə ştatda rəsmilər bu platforma ilə bağlı hüquqi addımlar atmağa başlayıb, istifadəçilər isə aldadıldıqlarını bildirir.

Şikayətlərə əsasən, Temu üzərindən sifariş verilən məhsulların bir çoxu ya ümumiyyətlə çatdırılmır, ya da keyfiyyətsiz və ya saxta formada müştərilərə təqdim olunur. Bəzi hallarda istifadəçilərə təqdim edilən məhsulların, reklam edilənlərlə heç bir əlaqəsi olmur. ABŞ-da Better Business Bureau platforma ilə bağlı 2700-dən çox şikayət qəbul etdiyini açıqlayıb.

Bundan başqa, Temu-nun istifadəçi cihazlarında lazımi icazə olmadan məlumat topladığı, gizli proqramlarla şəxsi məlumatlara çıxış əldə etdiyi iddiaları da yayılıb. Nebraska ştatının baş prokuroru platformanın bu cür fəaliyyətlərini "istismarçı və təhlükəli" adlandıraraq, ona qarşı hüquqi proses başladıldığını bəyan edib.

Texnologiya mütəxəssisləri bildirirlər ki, Temu-nun bəzi reklam və endirim kampaniyaları phishing (fırıldaq linkləri) vasitəsilə istifadəçiləri aldadaraq onların bank məlumatlarını və digər həssas bilgilərini ələ keçirmək məqsədi daşıya bilər.

Bəzi müstəqil testlərdə Temu-dan alınan bəzi məhsullarda zəhərli maddələr və təhlükəli komponentlər aşkar olunub. Xüsusilə oyuncaq və kosmetika kateqoriyasında sifariş verilən məhsulların bir hissəsi təhlükəsizlik standartlarına cavab verməyib.

Hazırda ABŞ və Avropada bir sıra tənzimləyici orqanlar Temu və oxşar xarici platformaların fəaliyyətini nəzarətə götürüb. Mütəxəssislər istifadəçilərə bu platformadan alış-veriş edərkən ehtiyatlı olmağı, şəffaf və etibarlı satıcılardan sifariş verməyi tövsiyə edir.

İstehlakçı hüquqlarını qoruyan qurumlar məsələ ilə bağlı geniş araşdırmalar aparır və nəticələrə əsasən hüquqi tədbirlərin sərtləşdirilməsi gözlənilir.


Etiketlər:  Temu yayılan iddialara ayınlıq gətirdi AÇIQLAMA YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ