Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2025 11:00
"Sumqayıt" futbol komandasının yeni baş məşqçisi Saşa İliç artıq Azərbaycandadır.
Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.
Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis dünən axşam saatlarında Bakıya çatıb. Serbiyalı baş məşqçinin bu gün ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib. O, futbolçu kimi "Qalatasaray"da da forma geyinib.