Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2025 18:42
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.
Sonxeber.net xəbər verir ki, bu barədə Teleqraf-a klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
Bu barədə UEFA-ya da müvafiq qaydada məlumat verilib.
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisinin hansı rəqiblə üz-üzə gələcəyi bilinməsə də, ilk oyunun iyulun 23-də Bakı vaxtı ilə saat 22:45-də başlayacağı da dəqiqləşib.
Qeyd edək ki, hazırda Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama matçını keçirəcək.