Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı - FOTO

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı - FOTO

Tarix: 7 Iyul 2025 18:54

Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb.

Mədəniyyət Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, bu saxta sənədin Nazirlik ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edilir ki, nazirlik tərəfindən belə bir sənəd hazırlanmayıb və yayılmayıb.

"Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız Nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur", - məlumatda vurğulanıb.

 


Etiketlər:  Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ