Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT - FOTO

Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT - FOTO

Tarix: 8 Iyul 2025 11:15

Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlunun cənazəsi ötən gün axşam saatlarında Türkiyədən Azərbaycana gətirilib.

Sonxeber.net xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun dostu Samir Xəttab məlumat verib.

Samir Xəttab Ruslan Əhmədoğlunun bu gün günorta saatlarında Pirşağıdakı ailə qəbiristanlığında torpağa tapşırılacağını bildirib.

S.Xəttab dostunun ölüm səbəbindən də danışıb.

O deyib ki, Ruslan Əhmədoğlu ailəsi ilə birlikdə Türkiyədə istirahətdə olarkən dənizdə bu hadisə baş verib:

"Dənizdə olarkən ayağından qıcolma keçirib, bu səbəbdən təşvişə düşüb. Nəticədə ciyərlərinə duzlu su dolub və komaya düşüb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Ruslan Əhmədoğlu ailəlidir və iki övladı var.


Etiketlər:  Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş TƏFƏRRÜAT FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ