Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK

Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK

Tarix: 9 Iyul 2025 17:00

"Yeni Dinamo Oteli" Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişir.

Sonxeber.net xəbər verir ki, hüquqi şəxs kimi qeydiyyatda olan şirkət bundan sonra "Boutique Hotels Company" MMC adı ilə tanınacaq.

Qeyd edək ki, "Abşeron Hotel Qrup" MMC-nin idarəçiliyində olan "Dinamo Hotel Baku"ya bu ilin may ayında yeni direktor təyin edilmişdi. Bu vəzifəyə Natalia Solovieva gətirilib.
"Dinamo Hotel Baku" "PAŞA Holding" MMC-nin törəmə şirkəti olan "Abşeron Hotel Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin birbaşa idarəçiliyi altında olan hoteldir. Həmçinin qrup daxilində "Baku Marriott Hotel", "Boulevard Sheraton Baku Intourist", "Courtyard by Marriott Baku", "Shahdag","Bilgah Beach Hotel" fəaliyyət göstərir. /Valyuta.az


Etiketlər:  Bakıda məşhur otelin adı DƏYİŞƏCƏK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ