Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2025 22:18
"Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Sele"yə məğlub olub.
Görüş 2:3 hesabı ilə başa çatıb.
"Sele"dən Darko Hrka (90+3) və Franko Kovaçeviç (7 və 48) fərqləniblər. Bakı klubundan isə Pavol Şafranko iki qol (3 və 18-p.) müəllifi olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada keçiriləcək.
------
21:28
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Sele" matçında hesab bərabərləşib.
"Sele"dən Franko Kovaçeviç dubla imza atıb. O, 48-ci dəqiqədə fərqlənib - 2:2.
Kovaçeviç daha əvvəl 7-ci dəqiqədə fərqlənib.
Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-p.) imza atıb.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
20:55
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" - "Sele" matçında ilk hissə başa çatıb.
"Sabah" fasiləyə üstün yollanıb - 2:1.
Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-ci dəqiqələr) imza atıb. Sloveniya təmsilçisindən isə Franko Kovaçeviç (7-ci dəqiqə) fərqlənib.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
20:28
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele" ilə matçda "Sabah" hesabda önə keçib.
Pavol Şafranko dubla imza atıb. Futbolçu 18-ci dəqiqədə penaltidən fərqlənib.
Daha əvvəl P.Şafranko 3-cü dəqiqədə də qola imza atıb. Sloveniya klubundan isə Franko Kovaçeviç (7-ci dəqiqə) fərqlənib.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
20:19
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" - "Sele" matçında hesab bərabərdir.
"Sabah"dan Pavol Şafranko (3-cü dəqiqə), Sloveniya klubundan isə Franko Kovaçeviç (7-ci dəqiqə) fərqlənib.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
20:07
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" - "Sele" matçında hesab açılıb.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Görüşü qazaxıstanlı referi Daniyar Saxi idarə edir.
20:00
UEFA Avropa Liqası: "Sabah" "Sele" matçına start verilib.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" - "Sele" matçına start verilib.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Görüşü qazaxıstanlı referi Daniyar Saxi idarə edir.